Cümə, 6 noyabr 2026 Bakı vaxtı19:20:34
The Baku NEWS
SON XƏBƏR
●RSF həbsdəki jurnalist Ülvi Həsənlinin cərimə kamerasına salınmasını pisləyib●Kuryerlər üçün aylıq 15 manat sabit vergi tətbiq edilməsi təklif olunur●Ərdoğan: İmzalanmasına Türkiyənin də töhfə verdiyi Qəzza Sülh Sazişi icra olunmur●Həbsdə olan AXCP sədri Əli Kərimli 2026-cı il Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb●Avtomobil Yolları Dövlət Agentliyinin 67 idarəsinin ləğvi barədə qərar verilib●Cəmil Həsənli: Ramiz Mehdiyevin məhkəməsi başa çatsa da, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib●Komışuvaxaya endirilən Rusiya aviazərbəsində həlak olanların sayı 53-ə çatıb●Prokuror Bəşir Süleymanlıya 9 il həbs cəzası verilməsini istəyib●RSF həbsdəki jurnalist Ülvi Həsənlinin cərimə kamerasına salınmasını pisləyib●Kuryerlər üçün aylıq 15 manat sabit vergi tətbiq edilməsi təklif olunur●Ərdoğan: İmzalanmasına Türkiyənin də töhfə verdiyi Qəzza Sülh Sazişi icra olunmur●Həbsdə olan AXCP sədri Əli Kərimli 2026-cı il Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb●Avtomobil Yolları Dövlət Agentliyinin 67 idarəsinin ləğvi barədə qərar verilib●Cəmil Həsənli: Ramiz Mehdiyevin məhkəməsi başa çatsa da, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib●Komışuvaxaya endirilən Rusiya aviazərbəsində həlak olanların sayı 53-ə çatıb●Prokuror Bəşir Süleymanlıya 9 il həbs cəzası verilməsini istəyib
Yaxın Şərq

Ərdoğan: İmzalanmasına Türkiyənin də töhfə verdiyi Qəzza Sülh Sazişi icra olunmur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada xəstəxanalarda yanacaq və avadanlıq çatışmazlığı yaşandığını, humanitar yardımın girişinin hələ də əngəlləndiyini bildirib.

The Baku NEWS·6 noyabr 2026, 17:41 (Bakı vaxtı)
Ərdoğan: İmzalanmasına Türkiyənin də töhfə verdiyi Qəzza Sülh Sazişi icra olunmur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 6-da çıxışı zamanı imzalanmasına Türkiyənin də töhfə verdiyi Qəzza Sülh Sazişinin icra olunmadığını bəyan edib.

“İmzalanmasına bizim də töhfə verdiyimiz Qəzza Sülh Sazişi təəssüf ki, icra olunmur. Beynəlxalq münasibətlərin əsası olan ‘əhdə vəfa’ prinsipi həyata keçirilə bilmir. Hər kəs anlamalıdır ki, bu şəkildə heç bir problem həll oluna bilməz”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Qəzzada müasir dövrün ən böyük soyqırımının yaşandığını vurğulayıb. Onun sözlərinə görə, bu gün xəstəxanalarda yanacaq və avadanlıq çatışmazlığı yaşanır, humanitar yardımın girişi isə hələ də əngəllənir.

Ərdoğan İordan çayının qərb sahilindəki vəziyyətə də toxunub: “Fələstinliləri əsrlərdir yaşadıqları vətən torpaqlarından zorla köçürməyi hədəfləyən məskunlaşmaçı terroru müasir dünyanın laqeyd baxışları altında hər gün daha da həyasızlaşır.”

O, həmçinin bildirib: “Söhbət Türkiyədən gedəndə aslana dönənlər, məsələ soyqırım şəbəkəsinə gələndə baxırsınız ki, dərhal kağız pələngə çevrilirlər.” Ərdoğan əlavə edib: “Türkiyə olaraq daha ədalətli və azad bir dünyanın qurulması üçün təkcə əlimizi deyil, bütün bədənimizi, qəlbimizi və ürəyimizi daşın altına qoymuşuq.”

Qəzza ilə bağlı sülh sənədi 2025-ci il oktyabrın 13-də Misirin Şərm-əş-Şeyx şəhərində keçirilən sammitdə imzalanıb. Sənədi ABŞ, Misir, Qətər və Türkiyənin liderləri imzalayıb; Türkiyə həmin vaxtdan bəri razılaşmanın vasitəçi və zamin ölkələrindən biri kimi çıxış edir.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul