Cümə, 6 noyabr 2026 Bakı vaxtı17:28:02
The Baku NEWS
SON XƏBƏR
●Həbsdə olan AXCP sədri Əli Kərimli 2026-cı il Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb●Avtomobil Yolları Dövlət Agentliyinin 67 idarəsinin ləğvi barədə qərar verilib●Cəmil Həsənli: Ramiz Mehdiyevin məhkəməsi başa çatsa da, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib●Komışuvaxaya endirilən Rusiya aviazərbəsində həlak olanların sayı 53-ə çatıb●Prokuror Bəşir Süleymanlıya 9 il həbs cəzası verilməsini istəyib●Polşada Ukrayna ordusunun istifadə etdiyi Starlink stansiyasına qarşı sabotaja görə 3 Türkiyə vətəndaşı həbs edilib●Vilayəti: İrandan yan keçən istənilən enerji və ya tranzit dəhlizi baha başa gələcək●Səudiyyə təyyarələri Taiz əyalətində izdihamlı xalq bazarını hədəf alıb, şəhid və yaralılar var●Həbsdə olan AXCP sədri Əli Kərimli 2026-cı il Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb●Avtomobil Yolları Dövlət Agentliyinin 67 idarəsinin ləğvi barədə qərar verilib●Cəmil Həsənli: Ramiz Mehdiyevin məhkəməsi başa çatsa da, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib●Komışuvaxaya endirilən Rusiya aviazərbəsində həlak olanların sayı 53-ə çatıb●Prokuror Bəşir Süleymanlıya 9 il həbs cəzası verilməsini istəyib●Polşada Ukrayna ordusunun istifadə etdiyi Starlink stansiyasına qarşı sabotaja görə 3 Türkiyə vətəndaşı həbs edilib●Vilayəti: İrandan yan keçən istənilən enerji və ya tranzit dəhlizi baha başa gələcək●Səudiyyə təyyarələri Taiz əyalətində izdihamlı xalq bazarını hədəf alıb, şəhid və yaralılar var
Azərbaycan

Cəmil Həsənli: Ramiz Mehdiyevin məhkəməsi başa çatsa da, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Mehdiyevin cinayət işi çərçivəsində 2025-ci ildə ona qoyulan ölkədən çıxış qadağası məhkəmə başa çatdıqdan sonra da qüvvədə qalır.

The Baku NEWS·6 noyabr 2026, 15:41 (Bakı vaxtı)
Cəmil Həsənli: Ramiz Mehdiyevin məhkəməsi başa çatsa da, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bildirib ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatsa da, onun ölkədən çıxışına qoyulan qadağa götürülməyib. Həsənli bu barədə noyabrın 5-də “Facebook” hesabında yazıb.

Həsənlinin sözlərinə görə, 2025-ci il noyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ramiz Mehdiyevin cinayət işi çərçivəsində onun ölkədən çıxışına qadağa qoyub və şahid qismində ifadəsini alıb.

“Ramiz Mehdiyevin 31 günlük məhkəmə prosesi oldu və bizi şahid kimi ora dəvət etmədilər. Çünki bizim fikrimiz ondan ibarət olub ki, nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və iştirakı ilə ölkədə dövlət çevrilişi deyilən bir şey olmayıb”, – Həsənli bildirib.

Tarixçi qeyd edib ki, məhkəmədə ifadə verməsinə ehtiyac görülməsə də, ölkədən çıxışına məhdudiyyət qüvvədə saxlanılıb: “Artıq məhkəmə başa çatıb. Bizim də məhkəmədə şahid kimi ifadə verməyimizi lazım bilməyiblər. Lakin stop stopluğunda qalır”.

Həsənlinin sözlərinə görə, 2027-ci il yanvarın 7–10-da ABŞ-ın Yeni Orlean şəhərində Amerika Tarix Cəmiyyətinin 140-cı illik toplantısı keçiriləcək. O, cəmiyyətin üzvü kimi tədbirə dəvət alsa da, ölkədən çıxışına qoyulan qadağa səbəbindən orada iştirak edə bilməyəcək. “Bu, dövlətin resurslarından qeyri-qanuni istifadə edərək peşə fəaliyyətinə mane olmaq aktıdır”, – Həsənli bildirib.

Dövlət Təhlükəsizliyi Xidməti qadağanın hansı əsasla qüvvədə saxlanıldığı barədə hələlik açıqlama verməyib.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. 2025-ci ilin oktyabrında onun barəsində DTX-də cinayət işi başlanılıb; Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlər və digər cinayətlərdə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il 22 oktyabr tarixli hökmü ilə Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Yaşı və səhhəti nəzərə alınaraq cəza şərti tətbiq edilib, əmlakları dövlət nəfinə xüsusi müsadirə olunub, dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün isə təqdimat göndərilməsi qərara alınıb.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul