Səudiyyə təyyarələri Taiz əyalətində izdihamlı xalq bazarını hədəf alıb, şəhid və yaralılar var
Yəmən tərəfi Taiz əyalətinin qərbindəki Vaziiyyə rayonunda xalq bazarına endirilən Səudiyyə hava zərbəsini "dəhşətli qətliam" adlandırıb.

Səudiyyə təyyarələri noyabrın 6-da səhər saatlarında Yəmənin cənub-qərbində, Taiz əyalətinin qərbindəki Vaziiyyə rayonunda xalq bazarını hədəf alıb. Hücum nəticəsində şəhid və yaralıların olduğu bildirilir.
Sənadakı rəsmi Yəmən tərəfi bildirib ki, Səudiyyə təyyarələri Vaziiyyə rayonunda izdihamlı xalq bazarını hədəf alaraq "dəhşətli qətliam" törədib.
Səudiyyə hava zərbəsi həmçinin Yəmənin qərbindəki Heys rayonunu hədəf alıb.
Həmin səhər Yəmən Silahlı Qüvvələrinin hücumundan sonra Səudiyyə Ərəbistanının cənubundakı Nəcran şəhərində və ölkənin cənub bölgələrində partlayışlar baş verib. Nəcranda təhlükə siqnalı elan olunub.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri noyabrın 3-də Səudiyyə hərbi aviasiyasının son 24 saat ərzində Yəmənə 93 hava zərbəsi endirdiyini bildirmişdi.
Sentyabrın 27-də də Yəmən tərəfi Səudiyyə hava zərbəsinin bazarı hədəf aldığını, ən azı yeddi nəfərin öldüyünü və onlarla insanın yaralandığını açıqlamışdı.



