Çərşənbə axşamı, 3 noyabr 2026 Bakı vaxtı16:07:07
The Baku NEWS
SON XƏBƏR
●Rusiyanın Dneprə zərbəsi: bir nəfər həlak olub, yaralıların sayı 17-yə çatıb●Talış tədqiqatçısı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilir●Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir●Komışuvaxaya Rusiya aviazərbəsi: həlak olanların sayı 31-ə çatıb●SEPAH Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazından qanunsuz keçməyə cəhd edən üç neft tankeri yanıb●Londondan uçan təyyarədə bomba həyəcanı: Varşava-Modlin hava limanı növbəti bildirişə qədər bağlanıb●Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru meşə torpaqlarının icarəsinə görə rüşvət ittihamı ilə həbs edilib●Peskov: Tramp, Putin və Si Cinpinin APEC sammitində görüşünün təşkili üzrə iş artıq aparılır●Rusiyanın Dneprə zərbəsi: bir nəfər həlak olub, yaralıların sayı 17-yə çatıb●Talış tədqiqatçısı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilir●Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir●Komışuvaxaya Rusiya aviazərbəsi: həlak olanların sayı 31-ə çatıb●SEPAH Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazından qanunsuz keçməyə cəhd edən üç neft tankeri yanıb●Londondan uçan təyyarədə bomba həyəcanı: Varşava-Modlin hava limanı növbəti bildirişə qədər bağlanıb●Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru meşə torpaqlarının icarəsinə görə rüşvət ittihamı ilə həbs edilib●Peskov: Tramp, Putin və Si Cinpinin APEC sammitində görüşünün təşkili üzrə iş artıq aparılır
Azərbaycan

Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir

“Abzas Media”nın 9 il azadlıqdan məhrum edilən direktoru Ülvi Həsənlinin noyabrın 2-də cərimə kamerasına salındığını həyat yoldaşı Rübabə Quliyeva bildirib.

The Baku NEWS·3 noyabr 2026, 14:42 (Bakı vaxtı)
Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir

“Abzas Media”nın 9 il azadlıqdan məhrum edilən direktoru Ülvi Həsənlinin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) cərimə kamerasına (“kars”) salındığı bildirilir.

Bu barədə Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva noyabrın 3-də sosial media hesabında məlumat yayıb. Quliyevanın sözlərinə görə, noyabrın 3-ü onların telefon danışığı üçün nəzərdə tutulan gün olsa da, Həsənli zəng etməyib. O bildirib ki, aldığı məlumata əsasən, həyat yoldaşı noyabrın 2-də cərimə kamerasına salınıb.

Rübabə Quliyeva yazıb: “Bu gün Ülvi ilə zəng günümüz idi və o, zəng etməyib. Aldığım məlumata görə, Ülvini noyabrın 2-də karsa salıblar. Ülvini bir müddətdir “Abzas Media”da gedən yazılara görə 10 saylı CÇM rəhbərliyi təhdid edir. Emin Cəfərovun sifarişi ilə müavini Kamran Şahsuvarov dəfələrlə Ülvini təhdid edib və provokasiyaya çəkib”.

Ülvi Həsənli 2023-cü ilin noyabrında “Abzas Media”nın digər əməkdaşları ilə birlikdə həbs edilib və onlara qaçaqmalçılıq ittihamı irəli sürülüb. 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsi Həsənlini 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul