Çərşənbə axşamı, 3 noyabr 2026 Bakı vaxtı17:02:06
The Baku NEWS
SON XƏBƏR
●Peskov: Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək●Sərhədsiz Reportyorlar İlham Əliyevi 2026-cı ilin «mətbuat azadlığının düşmənləri» siyahısına daxil edib●Rusiyanın Dneprə zərbəsi: bir nəfər həlak olub, yaralıların sayı 17-yə çatıb●Talış tədqiqatçısı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilir●Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir●Komışuvaxaya Rusiya aviazərbəsi: həlak olanların sayı 31-ə çatıb●SEPAH Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazından qanunsuz keçməyə cəhd edən üç neft tankeri yanıb●Londondan uçan təyyarədə bomba həyəcanı: Varşava-Modlin hava limanı növbəti bildirişə qədər bağlanıb●Peskov: Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək●Sərhədsiz Reportyorlar İlham Əliyevi 2026-cı ilin «mətbuat azadlığının düşmənləri» siyahısına daxil edib●Rusiyanın Dneprə zərbəsi: bir nəfər həlak olub, yaralıların sayı 17-yə çatıb●Talış tədqiqatçısı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilir●Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir●Komışuvaxaya Rusiya aviazərbəsi: həlak olanların sayı 31-ə çatıb●SEPAH Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazından qanunsuz keçməyə cəhd edən üç neft tankeri yanıb●Londondan uçan təyyarədə bomba həyəcanı: Varşava-Modlin hava limanı növbəti bildirişə qədər bağlanıb
Azərbaycan

Talış tədqiqatçısı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilir

Qaradağ rayon Məhkəməsi 18 il həbs cəzası çəkən tədqiqatçı İqbal Əbilovun 1 il müddətinə qapalı tipli həbsxanaya köçürülməsi barədə qərar qəbul edib.

The Baku NEWS·3 noyabr 2026, 15:41 (Bakı vaxtı)
Talış tədqiqatçısı İqbal Əbilov 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilir

“Talış Milli Akademiyasının xəbərləri” jurnalının baş redaktoru, həbsdə olan tədqiqatçı İqbal Əbilov 1 il müddətinə qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülür. Qərar noyabrın 2-də Qaradağ rayon Məhkəməsində qəbul edilib.

İqbal Əbilovun Hüquqlarının Müdafiə Komitəsinin verdiyi məlumata görə, məhkəmədə Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin onun 3 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi ilə bağlı təqdimatına baxılıb. Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesə cəzaçəkmə müəssisəsinin nümayəndəsi onlayn qoşulub. Məhkəmə təqdimatı qismən təmin edərək Əbilovun 1 il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi barədə qərar verib.

Məhkəmədə talış dilində çıxış edən İqbal Əbilov cəzaçəkmə müəssisəsinin ona qarşı irəli sürdüyü intizam pozuntusu iddialarının əsassız olduğunu, bir sıra cəza qərarları ilə bağlı ondan ümumiyyətlə izahat alınmadığını vurğulayıb. O, iddiaların yoxlanılması üçün digər məhkumların şahid qismində dindirilməsini və müşahidə kameralarının görüntülərinin araşdırılmasını istəyib.

Əbilov cəzaçəkmə müəssisəsində ona qarşı tətbiq olunan təzyiqlərin talış dilində danışması və ana dilində şeir yazılmış köynək geyinməsi ilə əlaqəli olduğunu bildirib: “Bunlar mənim ifadə azadlığımı pozur, mənim və ana dilimin diskriminasiyaya məruz qaldığını sübut edir”. O, həmçinin cərimə kamerasında (karserdə) saxlanıldığı müddətdə səhhətinin pisləşdiyini, tibbi yardım və müayinə tələblərinin təmin edilmədiyini deyib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona 18 il həbs cəzası verib. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət əleyhinə yönələn açıq çağırışlar, habelə xarici təşkilatların tapşırığı ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham olunub. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.

İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi onun siyasi fəaliyyətlə məşğul olmadığını, yalnız elmi araşdırmalar apardığını və mədəni irsin qorunması ilə məşğul olduğunu bildirib. Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən BMT-nin məruzəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul