Çərşənbə axşamı, 3 noyabr 2026 Bakı vaxtı15:03:49
The Baku NEWS
SON XƏBƏR
●Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir●Komışuvaxaya Rusiya aviazərbəsi: həlak olanların sayı 31-ə çatıb●SEPAH Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazından qanunsuz keçməyə cəhd edən üç neft tankeri yanıb●Londondan uçan təyyarədə bomba həyəcanı: Varşava-Modlin hava limanı növbəti bildirişə qədər bağlanıb●Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru meşə torpaqlarının icarəsinə görə rüşvət ittihamı ilə həbs edilib●Peskov: Tramp, Putin və Si Cinpinin APEC sammitində görüşünün təşkili üzrə iş artıq aparılır●Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət almaq ittihamı ilə həbs edilib●Həbsdəki jurnalist Polad Aslanov səhhətinin ağırlaşması səbəbindən 20 günlük aclıq aksiyasını dayandırıb●Ülvi Həsənlinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salındığı bildirilir●Komışuvaxaya Rusiya aviazərbəsi: həlak olanların sayı 31-ə çatıb●SEPAH Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazından qanunsuz keçməyə cəhd edən üç neft tankeri yanıb●Londondan uçan təyyarədə bomba həyəcanı: Varşava-Modlin hava limanı növbəti bildirişə qədər bağlanıb●Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru meşə torpaqlarının icarəsinə görə rüşvət ittihamı ilə həbs edilib●Peskov: Tramp, Putin və Si Cinpinin APEC sammitində görüşünün təşkili üzrə iş artıq aparılır●Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət almaq ittihamı ilə həbs edilib●Həbsdəki jurnalist Polad Aslanov səhhətinin ağırlaşması səbəbindən 20 günlük aclıq aksiyasını dayandırıb
Azərbaycan

Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru meşə torpaqlarının icarəsinə görə rüşvət ittihamı ilə həbs edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində çalışmış Fizuli Məmmədov həbs edilib, meşəbəyi Vidadi Əsgərov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

The Baku NEWS·3 noyabr 2026, 13:41 (Bakı vaxtı)
Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru meşə torpaqlarının icarəsinə görə rüşvət ittihamı ilə həbs edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində çalışmış Fizuli Məmmədov rüşvət almaqda ittiham olunaraq həbs edilib. Eyni cinayət işi üzrə meşəbəyi Vidadi Əsgərov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin noyabrın 2-də yayımlanan birgə məlumatında bildirilib. Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqın iddiasına görə, Fizuli Məmmədov və Vidadi Əsgərovun 2025–2026-cı illərdə əlbir olaraq meşə ərazilərində torpaq sahələrinin icarəyə verilməsi müqabilində müxtəlif məbləğlərdə rüşvət aldıqlarına dair əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərov barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Əsgərov həmçinin vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluq cinayət işi üzrə istintaqın davam etdiyini, qanunsuz əməllərin tam miqyasının və bu işdə iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi üçün araşdırma aparıldığını bildirib.

Son günlər Azərbaycanda dövlət qurumlarının əməkdaşları barəsində rüşvət ittihamı ilə başlanan cinayət işləri davam edir. Noyabrın 3-də Gəncədə dövlət vergi müfəttişi Rüfət Alıyevin sahibkardan rüşvət almaq ittihamı ilə həbs edildiyi açıqlanıb.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul