Suriya kəşfiyyatı Banyas və Homs neft emalı zavodlarını hədəf alan terror planlarının qarşısını aldığını bildirib
Suriyanın Baş Kəşfiyyat İdarəsindəki mənbə noyabrın 1-də əvvəlcə Banyas, daha sonra isə Homs neft emalı zavodunu hədəf alan terror planlarının qarşısının alındığını açıqlayıb.

Suriyanın Baş Kəşfiyyat İdarəsindəki mənbə noyabrın 1-də ölkənin Banyas neft emalı zavodunu hədəf alan terror planının qarşısının alındığını bildirib.
Təxminən bir saat sonra eyni mənbə Homs neft emalı zavodunu hədəf alan daha bir terror planının da qarşısının alındığını açıqlayıb. Açıqlamalarda planların kim tərəfindən hazırlandığı və saxlanılan şəxslərin olub-olmadığı barədə məlumat verilməyib.
Banyas və Homs neft emalı zavodları Suriyanın iki əsas neft emalı müəssisəsidir. Banyas zavodu ölkənin Aralıq dənizi sahilində, Tartus vilayətində, Homs zavodu isə ölkənin mərkəzindəki Homs şəhərində yerləşir.
Suriya hakimiyyəti bu il ölkənin müxtəlif bölgələrində terror planlarının qarşısının alındığını dəfələrlə açıqlayıb; mart ayında Daxili İşlər Nazirliyi İŞİD terror təşkilatının Dəməşqi hədəf alan planının qarşısının alındığını bildirib.



