Bazar ertəsi, 2 noyabr 2026 Bakı vaxtı23:52:41
The Baku NEWS
SON XƏBƏR
●Möhsün Rzai və Vladimir Putin telefonla danışıb: strateji əməkdaşlığın davamı vurğulanıb●Rusiyanın İşgəncənin qarşısının alınması haqqında Avropa Konvensiyasından çıxması qüvvəyə minib●Britaniya Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazında Oman sahilləri yaxınlığında gəmiyə hücum edilib●Qazaxıstan: PUA hücumundan sonra «Atırau–Samara» kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb●Zelenski: Rusiya Zaporojyedə humanitar yardım paylanan məktəbi aviabombalarla vurub, 18 nəfər həlak olub●«Şəki Yaylası»nda iki nəfərin ölümü: istirahət mərkəzini idarə edən sahibkar və daha bir şəxs həbs edilib●Azərbaycanda ərzaq qiymətləri kəskin bahalaşıb: yumurta, ət, kərə yağı, tərəvəz●Ədən hökuməti: Ləhcdə Əs-Səqiyə səhiyyə mərkəzinə ballistik raket zərbəsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb●Möhsün Rzai və Vladimir Putin telefonla danışıb: strateji əməkdaşlığın davamı vurğulanıb●Rusiyanın İşgəncənin qarşısının alınması haqqında Avropa Konvensiyasından çıxması qüvvəyə minib●Britaniya Hərbi Dəniz Qüvvələri: Hörmüz boğazında Oman sahilləri yaxınlığında gəmiyə hücum edilib●Qazaxıstan: PUA hücumundan sonra «Atırau–Samara» kəməri ilə neftin nəqli müvəqqəti dayandırılıb●Zelenski: Rusiya Zaporojyedə humanitar yardım paylanan məktəbi aviabombalarla vurub, 18 nəfər həlak olub●«Şəki Yaylası»nda iki nəfərin ölümü: istirahət mərkəzini idarə edən sahibkar və daha bir şəxs həbs edilib●Azərbaycanda ərzaq qiymətləri kəskin bahalaşıb: yumurta, ət, kərə yağı, tərəvəz●Ədən hökuməti: Ləhcdə Əs-Səqiyə səhiyyə mərkəzinə ballistik raket zərbəsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb
Azərbaycan

«Şəki Yaylası»nda iki nəfərin ölümü: istirahət mərkəzini idarə edən sahibkar və daha bir şəxs həbs edilib

Baş Prokurorluq bildirib ki, sentyabrda ziplayn kanatından yıxılan iki nəfərin ölümü ilə bağlı Ramiz Hüseynov və Abasət Paşayev barəsində həbs qətimkan tədbiri seçilib.

The Baku NEWS·2 noyabr 2026, 21:59 (Bakı vaxtı)
«Şəki Yaylası»nda iki nəfərin ölümü: istirahət mərkəzini idarə edən sahibkar və daha bir şəxs həbs edilib

Şəki rayonundakı «Şəki Yaylası» istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisəyə görə mərkəzi idarə edən sahibkar və daha bir şəxs həbs olunub. Bu barədə noyabrın 2-də Baş Prokurorluq məlumat yayıb.

Baş Prokurorluğun məlumatında bildirilir ki, istintaq araşdırmaları nəticəsində mərkəzi idarə edən Ramiz Hüseynovun işə laqeyd münasibəti səbəbindən iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlığa yol verdiyinə dair əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Ramiz Hüseynov «Zipline» kanat yolu üçün nəzərdə tutulmuş qüllənin tikintisini müvafiq lisenziyası və ixtisas təhsili olmayan Abasət Paşayevə şifahi şəkildə həvalə edib. Qüllə onun rəhbərliyi və birbaşa göstərişləri əsasında qanunsuz inşa etdirilib.

Baş Prokurorluq bildirib ki, qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas ziplayn qurğusu kanatdan çıxıb. Kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb. Nəticədə kanatdan istifadə edən Ucal Bayramov və Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq), Abasət Paşayev isə 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittihamlar elan edilib. Şəki Rayon Məhkəməsinin qərarları ilə hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.

Bu ittihamlar üzrə sahibkara üç ildən yeddi ilədək, digər şəxsə isə iki ildən altı ilədək həbs cəzası verilə bilər.

Hadisə sentyabrın 8-də Şəki rayonunun Baş Kəldək kəndində yerləşən «Şəki Yaylası» istirahət mərkəzində baş verib: kanatın qırılması nəticəsində iki nəfər həlak olub.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul