Bazar ertəsi, 2 noyabr 2026 Bakı vaxtı20:20:26
The Baku NEWS
SON XƏBƏR
●Ədən hökuməti: Ləhcdə Əs-Səqiyə səhiyyə mərkəzinə ballistik raket zərbəsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb●Hicab etirazına görə həbs olunan AXCP üzvü Mətanət Turana təcridxanada psixoloji təzyiq göstərildiyi bildirilir●Hicab qadağasına etiraz edən məhbus Yavər İsmayılzadənin döyüldüyü və özünə xəsarət yetirdiyi bildirilir●Səna: 13 iyuldan bəri Səudiyyə Yəmənə 3830-dan çox hava və raket zərbəsi endirib, 768 nəfər şəhid və yaralı var●Hörmüz boğazında yeni yanğın: SEPAH tankerin minaya toxunduğunu bildirib, Əraqçi Tehranın şərtlərində israr edir●Taizin cənubunda Əl-Məxaf bazarı hədəfə alınıb: şəhidlər və yaralılar var, tərəflər bir-birini günahlandırır●Qəzzada səhərdən bəri 5 nəfər şəhid olub, atəşkəsdən sonrakı itkilər 1593-ə çatıb●İordaniya Kralı II Abdullah: İsrailin ekspansionist iddiaları regionun təhlükəsizliyi üçün ən böyük təhdiddir●Ədən hökuməti: Ləhcdə Əs-Səqiyə səhiyyə mərkəzinə ballistik raket zərbəsi nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb●Hicab etirazına görə həbs olunan AXCP üzvü Mətanət Turana təcridxanada psixoloji təzyiq göstərildiyi bildirilir●Hicab qadağasına etiraz edən məhbus Yavər İsmayılzadənin döyüldüyü və özünə xəsarət yetirdiyi bildirilir●Səna: 13 iyuldan bəri Səudiyyə Yəmənə 3830-dan çox hava və raket zərbəsi endirib, 768 nəfər şəhid və yaralı var●Hörmüz boğazında yeni yanğın: SEPAH tankerin minaya toxunduğunu bildirib, Əraqçi Tehranın şərtlərində israr edir●Taizin cənubunda Əl-Məxaf bazarı hədəfə alınıb: şəhidlər və yaralılar var, tərəflər bir-birini günahlandırır●Qəzzada səhərdən bəri 5 nəfər şəhid olub, atəşkəsdən sonrakı itkilər 1593-ə çatıb●İordaniya Kralı II Abdullah: İsrailin ekspansionist iddiaları regionun təhlükəsizliyi üçün ən böyük təhdiddir
Azərbaycan

Hicab qadağasına etiraz edən məhbus Yavər İsmayılzadənin döyüldüyü və özünə xəsarət yetirdiyi bildirilir

Məhbus ailələrinin məlumatına görə, oktyabrın 14-dən aclıq aksiyası keçirən Yavər İsmayılzadə 1 saylı Cəzaçəkmə Müəssisəsində iki dəfə fiziki zorakılığa məruz qalıb. Penitensiar Xidmətin münasibəti hələlik məlum deyil.

The Baku NEWS·2 noyabr 2026, 18:43 (Bakı vaxtı)
Hicab qadağasına etiraz edən məhbus Yavər İsmayılzadənin döyüldüyü və özünə xəsarət yetirdiyi bildirilir

1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Yavər İsmayılzadənin işgəncəyə məruz qaldığı və özünə xəsarət yetirdiyi bildirilir. Bu barədə məhbus ailələri məlumat veriblər.

Məlumata görə, Şəmkir rayon sakini Yavər İsmayılzadə hicablı şagirdlərin məktəblərə buraxılmamasına etiraz olaraq oktyabrın 14-dən aclıq aksiyası keçirir. Bildirilir ki, o, aksiyaya başladığı ilk gündən cərimə kamerasına («kars») salınıb və aclığı dayandırması üçün dəfələrlə təzyiqə məruz qalıb. İddialara görə, məhbus aclığı dayandırmayacağı təqdirdə daha sərt rejimli Umbakı həbsxanasına köçürüləcəyi və cəza müddətinin artırılacağı ilə hədələnib.

Mənbənin sözlərinə görə, İsmayılzadə son günlər iki dəfə fiziki zorakılığa məruz qalıb və hər iki hadisədən sonra özünə xəsarət yetirib. İlk hadisənin təxminən bir həftə əvvəl baş verdiyi bildirilir. Oktyabrın 30-da isə onun aclıq aksiyasını dayandırmaqdan imtina etdiyi üçün yenidən döyüldüyü iddia olunur. Məlumata görə, məhbus buna etiraz olaraq özünə ağır xəsarət yetirib.

Mənbə iddia edir ki, Penitensiar Xidmətin əməkdaşları müəssisədə saxlanılan digər məhbuslara İsmayılzadənin vəziyyətinin ağır olduğunu bildiriblər, lakin onun səhhəti və baş verənlər barədə ailəsinə məlumat verilmir. Hazırda Yavər İsmayılzadənin harada saxlanıldığı, hansı tibbi yardım aldığı və səhhətinin vəziyyəti barədə rəsmi məlumat yoxdur. Döyülmə və özünə xəsarət yetirmə ilə bağlı iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib; Penitensiar Xidmətin məsələyə münasibəti hələlik məlum deyil.

«Müsəlman Birliyi Hərəkatı»nın üzvü olan Yavər Azər oğlu İsmayılzadə ikinci dəfədir həbsdədir. O, ilk dəfə 2018-ci ildə Gəncədə baş verən hadisələrdən sonra saxlanılıb. 2019-cu ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib, həmin ilin avqustunda isə apellyasiya məhkəməsi cəzanı 5 ilə endirib. İsmayılzadə 2022-ci ilin mayında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

2023-cü il martın 30-da o, yenidən saxlanılıb və bu dəfə ona narkotik vasitələrlə bağlı ittiham irəli sürülüb. 2023-cü il noyabrın 21-də Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib; əvvəlki cəzasından qalan 2 il 6 ay da yeni hökmə əlavə olunub və ona ümumilikdə 5 il 6 ay həbs cəzası təyin edilib. Yavər İsmayılzadə ittihamları qəbul etmir, hüquq müdafiəçiləri isə onun həbsini siyasi motivli hesab edirlər.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul