Bazar ertəsi, 2 noyabr 2026 Bakı vaxtı11:49:20
The Baku NEWS
SON XƏBƏR
●Bəqai: Dəniz blokadası aradan qaldırılmasa, Hörmüz boğazı təhlükəsiz olmayacaq●Si Cinpin: Yaxın Şərq və Körfəz böyük dövlətlərin rəqabəti üçün döyüş meydanına çevrilməməlidir●Azərbaycan–İran sərhədində sərhədçilərə atəş açan sərhəd pozucusu zərərsizləşdirilib●Səudiyyə Ərəbistanının cənubunda Xəmis Muşeyt, Əbha, Taif və Nəcranda partlayışlar baş verib●İşğalçı qüvvələr 10 günlük hərbi əməliyyatdan sonra Əl-Xəlil şəhərindən çəkilib●Gecə Odessaya hücum: 4 nəfər yaralanıb, Rusiya «Neptun» qurğularının vurulduğunu bildirib●Bolqarıstanda prezident seçkilərinin ikinci turunda İliana Yotova qalib gəlir, Andrey Gyurov məğlubiyyəti qəbul edib●Səudiyyənin Ras əl-Xəfci sahillərindən 72 dəniz mili şərqdə tanker iki naməlum mərmi ilə vurulub●Bəqai: Dəniz blokadası aradan qaldırılmasa, Hörmüz boğazı təhlükəsiz olmayacaq●Si Cinpin: Yaxın Şərq və Körfəz böyük dövlətlərin rəqabəti üçün döyüş meydanına çevrilməməlidir●Azərbaycan–İran sərhədində sərhədçilərə atəş açan sərhəd pozucusu zərərsizləşdirilib●Səudiyyə Ərəbistanının cənubunda Xəmis Muşeyt, Əbha, Taif və Nəcranda partlayışlar baş verib●İşğalçı qüvvələr 10 günlük hərbi əməliyyatdan sonra Əl-Xəlil şəhərindən çəkilib●Gecə Odessaya hücum: 4 nəfər yaralanıb, Rusiya «Neptun» qurğularının vurulduğunu bildirib●Bolqarıstanda prezident seçkilərinin ikinci turunda İliana Yotova qalib gəlir, Andrey Gyurov məğlubiyyəti qəbul edib●Səudiyyənin Ras əl-Xəfci sahillərindən 72 dəniz mili şərqdə tanker iki naməlum mərmi ilə vurulub
Azərbaycan

Azərbaycan–İran sərhədində sərhədçilərə atəş açan sərhəd pozucusu zərərsizləşdirilib

Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin ərazisində İrandan Azərbaycana keçməyə çalışan sərhəd pozucusu sərhədçilərə atəş açıb və silah tətbiq edilərək zərərsizləşdirilib.

The Baku NEWS·2 noyabr 2026, 10:42 (Bakı vaxtı)
Azərbaycan–İran sərhədində sərhədçilərə atəş açan sərhəd pozucusu zərərsizləşdirilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhədçilərə atəş açan sərhəd pozucusu zərərsizləşdirilib.

Xidmətin Mətbuat Mərkəzinin məlumatına görə, dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkətini müşahidə edib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görülüb.

“Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıb. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan şəxsin saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib və sərhəd pozucusu zərərsizləşdirilib.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb. Faktla bağlı cinayət işi başlanılıb, Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Azərbaycan–İran sərhədində bundan əvvəl də sərhəd pozucuları ilə silahlı insidentlər baş verib. Daha əvvəl Yardımlı rayonunun Gendərə kəndi yaxınlığında sərhədi qanunsuz keçən üç nəfər Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına atəş açmış, nəticədə iki zabit həlak olmuşdu. Şübhəlilərdən biri, İran vətəndaşı saxlanılmış, digər İran vətəndaşı isə dağlıq ərazidə gizlənərkən silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilmişdi.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul