Cümə, 30 oktyabr 2026 Bakı vaxtı20:49:30
The Baku NEWS
SON XƏBƏR
●AŞPA və ATƏT PA məruzəçiləri: Azərbaycanda haqsız həbslər utancvericidir●Ərəb koalisiyası: Səudiyyənin cənubuna atılan ballistik raket və Ər-Riyad istiqamətində PUA məhv edilib●10 saylı CÇM-in məhkumları: hamam problemi həll olunmayıb, tualetdə çimmək məcburiyyətində qalırıq●Xan Yunisin qərbində köçkün çadırlarına İsrail PUA zərbəsi: 12 nəfər yaralanıb●Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib●Zelenski oktyabrın 31-də Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək●Noyabrın 1-dən Bakı–Tiflis–Bakı marşrutunda yeni qatar işləyəcək, gündəlik reyslərin sayı dördə çatacaq●UKMTO: Hörmüz boğazında kiçik qayıqdan tankerin gövdəsinə iki partlayıcı qurğu bərkidilib●AŞPA və ATƏT PA məruzəçiləri: Azərbaycanda haqsız həbslər utancvericidir●Ərəb koalisiyası: Səudiyyənin cənubuna atılan ballistik raket və Ər-Riyad istiqamətində PUA məhv edilib●10 saylı CÇM-in məhkumları: hamam problemi həll olunmayıb, tualetdə çimmək məcburiyyətində qalırıq●Xan Yunisin qərbində köçkün çadırlarına İsrail PUA zərbəsi: 12 nəfər yaralanıb●Rəcəb Tayyib Ərdoğan Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib●Zelenski oktyabrın 31-də Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək●Noyabrın 1-dən Bakı–Tiflis–Bakı marşrutunda yeni qatar işləyəcək, gündəlik reyslərin sayı dördə çatacaq●UKMTO: Hörmüz boğazında kiçik qayıqdan tankerin gövdəsinə iki partlayıcı qurğu bərkidilib
Azərbaycan

10 saylı CÇM-in məhkumları: hamam problemi həll olunmayıb, tualetdə çimmək məcburiyyətində qalırıq

Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində 190 məhkumun həftədə iki dəfə, bir saat ərzində cəmi 11 duşdan istifadə etməli olduğu bildirilir.

The Baku NEWS·30 oktyabr 2026, 19:41 (Bakı vaxtı)
10 saylı CÇM-in məhkumları: hamam problemi həll olunmayıb, tualetdə çimmək məcburiyyətində qalırıq

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) saxlanılan məhkumlar hamam probleminin hələ də həll olunmadığını, ayrılan vaxtın kifayət etməməsi səbəbindən tualetdə çimmək məcburiyyətində qaldıqlarını bildirirlər.

Məhkumların sözlərinə görə, müəssisədə hər dəstəyə həftədə iki dəfə, bir saat müddətində hamamdan istifadə etməyə icazə verilir. Ancaq həmin vaxt ərzində 190 məhkum cəmi 11 duşdan istifadə etməlidir.

“11 duş, 190 nəfər və 1 saat. Artıq, əlavə dəqiqələr olmaz. Müəssisə rəhbərliyi iki ayağını bir başmağa dirəyib deyir ki, qanun-qaydaya riayət edirik, hər dəstə həftədə iki dəfə və bir saat ərzində çimməlidir”, – məhkumlar bildirirlər.

Məhkumlar hamam problemi səbəbindən tualetdə çimənlərin sayının çoxaldığını, orada da növbə yarandığını deyirlər.

Məlumata görə, müəssisədə əlavə ödəniş etməklə daha tez-tez çimmək mümkündür. Bunun üçün məhkumlar idman zalına aylıq 20 manat ödəyərək abunə olmalıdırlar.

Azərbaycanda cəzaçəkmə müəssisələri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyindədir. Məhkumların sanitariya-gigiyena şəraiti, o cümlədən hamamdan istifadə qaydaları Cəzaların İcrası Məcəlləsi və müəssisələrin daxili intizam qaydaları ilə tənzimlənir.

Digər xəbərlər

Xəbərləri ilk siz öyrənin

Ən mühüm hadisələr dəqiqəsində — The Baku NEWS Telegram kanalında.

Kanala qoşul