“Novaya qazeta” təzyiqlər səbəbindən noyabrın 9-dan fəaliyyətini dayandırır
Rusiyanın müstəqil nəşrlərindən biri qərarı hakimiyyətin və xüsusi xidmət orqanlarının təzyiqləri ilə əlaqələndirib.

Rusiyanın müstəqil nəşrlərindən biri olan “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Redaksiya bu qərarı Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının təzyiqləri ilə əlaqələndirib.
“Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayıb gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur edib”, – bəyanatda deyilir.
Redaksiya Moskvada 29 ildir fəaliyyət göstərdiyi binadan çıxarılır. Redaksiyanın sözlərinə görə, binadan çıxarılma barədə bildirişlə eyni vaxtda oxuculardan ianə toplamağa imkan verən sistem də bağlanıb. Nəşr bunu dövlət qurumlarının əlaqələndirilmiş təzyiq kampaniyası adlandırıb.


