Yəmən Silahlı Qüvvələri: Bu gün Səudiyyənin dərinliklərinə heç bir əməliyyat keçirməmişik
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyənin Məkkə səmasında pilotsuz uçuş aparatını ələ keçirdiyi barədə iddiasını böhtan adlandırıb.
The Baku NEWS·30 oktyabr 2026, 10:39 (Bakı vaxtı)
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Yəmən qüvvələri bu gün Səudiyyə Ərəbistanının dərinliklərinə doğru heç bir əməliyyat həyata keçirməyib.
Səri Səudiyyə tərəfinin Məkkə səmasında pilotsuz uçuş aparatını ələ keçirdiyi barədə iddiasını "böyük böhtan" adlandırıb.
"Əməliyyatlarımız onun neft obyektlərini və hərbi bazalarını hədəf alır", - deyə sözçü vurğulayıb.


