İlham Əliyev Ərdoğanı Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
"Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış həqiqi dostluq və qardaşlıq telləri bir-birinə bağlayır."
The Baku NEWS·29 oktyabr 2026, 14:20 (Bakı vaxtı)

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 29 Oktyabr – Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
"Azərbaycan ilə Türkiyəni tarixin sınaqlarından çıxmış həqiqi dostluq və qardaşlıq telləri bir-birinə bağlayır", — təbrikdə deyilir.
"2021-ci ildə Sizinlə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək, yəni müttəfiqlik səviyyəsinə çatıb."



