Büdcədən hər il 42 milyon manat alan AzTV 2025-ci ili 4,2 milyon manat zərərlə bağlayıb
Zərər əvvəlki illə müqayisədə 3,1 dəfə artıb, şirkətin öhdəlikləri 2,3 milyon manatdan 8 milyon manata yüksəlib.
The Baku NEWS·29 oktyabr 2026, 14:26 (Bakı vaxtı)

Dövlət büdcəsindən hər il 42 milyon manatdan çox maliyyə yardımı ayrılan AzTV 2025-ci ili 4 milyon 221 min manat zərərlə başa vurub.
Bu, əvvəlki illə müqayisədə 3,1 dəfə çoxdur. Şirkət 2024-cü ili 1 milyon 363 min manat zərərlə başa vurmuşdu.
Şirkətin öhdəlikləri isə bir il ərzində 2,3 milyon manatdan 8 milyon manata yüksəlib.



