Amnesty International: Bəhruz Səmədovun saxlanma şəraiti işgəncə riski yaradır
Təşkilat həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovla bağlı təcili müraciət kampaniyasını yeniləyib. Təşkilat onun saxlanma şəraitinin işgəncə və digər pis rəftar riski yaratdığını bildirib, dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.
Oktyabrın 26-da yayımlanan müraciətdə bildirilir ki, Səmədovun fiziki və psixoloji vəziyyəti sürətlə pisləşir. Təşkilat onun zəruri tibbi yardımdan məhrum edildiyini və iki ay ərzində cəza tədbiri kimi təkadamlıq kamerada saxlanıldığını qeyd edib.
Təşkilatın məlumatına görə, Səmədov 2026-cı ilin fevralında ciddi rejimli Umbakı Penitensiar Kompleksinə köçürülüb, burada qaranlıq və dar kamerada saxlanılır və həyətə çıxmasına icazə verilmir. Bildirilir ki, o, bir aydan çox müddətdə həkimin təyin etdiyi dərmanlarla təmin olunmayıb.



