این خبر فقط به زبان آذربایجانی موجود است.
Mərkəzi Bank kartdan-karta köçürmələrə tətbiq edilən limitləri dəstəkləyir
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov gündəlik beş mədaxil və aylıq 20 min manatlıq limitlərin bank sektorunun öz qərarı olduğunu bildirib.

Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının kartdan-karta pul köçürmələrinə tətbiq etdiyi məhdudiyyətləri dəstəkləyir. Bunu bankın sədri Taleh Kazımov oktyabrın 29-da keçirdiyi mətbuat konfransında bildirib.
Kazımovun sözlərinə görə, gündəlik beş mədaxil və aylıq 20 min manatlıq limitlərin tətbiqi bank sektorunun öz qərarıdır.
“Biz başa düşürük ki, valideynin övladına pul göndərməsi və ya dostlar arasında pul köçürülməsi normal haldır. Amma sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxsin hər gün beş dəfə kartına pul daxil olması normal deyil”, - deyə Kazımov vurğulayıb.



