این خبر فقط به زبان آذربایجانی موجود است.
Kiyev ballistik raketlərlə hücuma məruz qalıb, Darnitsa rayonunda anbarlar vurulub
Kiyevin Darnitsa rayonunda anbar binaları vurulub və yanğın baş verib, Dnepr rayonunda yaşayış binasının həyətinə qəlpələr düşüb.
The Baku NEWS·۸ آبان ۱۴۰۵ ساعت ۰۱:۴۰ (به وقت باکو)

Kiyev ballistik raketlərlə hücuma məruz qalıb. Kiyev meri Vitali Kliçko bildirib ki, şəhərin Darnitsa rayonunda anbar binaları vurulub və yanğın baş verib, təcili xidmətlər hadisə yerinə yollanıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, paytaxtın Dnepr rayonunda yaşayış binasının həyətinə qəlpələr düşüb.
Kiyev və bir sıra vilayətlərdə raket təhlükəsi səbəbindən hava həyəcanı elan olunub. Dnepr və Çerkassı şəhərlərində də partlayış səsləri eşidilib.



